Azərbaycanda 3 il əvvəl törədilmiş dəhşətli qətlin üstü açılıb

Azərbaycanda 3 il əvvəl törədilmiş dəhşətli qətlin üstü açılıb
# 15 yanvar 2011 09:06 (UTC +04:00)
Məlumata görə, həyata keçirilən araşdırmalar nəticəsində, itkin düşmüş kimi uzun müddət axtarışda olan Sabunçu rayon sakini, 1979-cu il təvəllüdlü Aleksey Juravlyovun qətlə yetirildiyi müəyyənləşib. Məlum olub ki, Sabunçu rayon sakini, 29 yaşlı Viktor Koçetkov 2008-ci il martın 3-də Mərdəkan qəsəbəsi, “Qızıl qum” bağlar sahəsində A. Juravlyovu bıçaqla qətlə yetirib. Hadisə baş verən günün səhəri isə V. Koçetkov tanışı Sergey Frolovla birgə həmin əraziyə gələrək izi itirmək məqsədi ilə meyiti yandırıb.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxslərdən biri saxlanılıb. Lakin onun adı hələlik açıqlanmır.

Baş vermiş hadisə ilə bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR