Azərbaycanın Goranboy rayonunda avtomobil dərəyə aşıb, iki nəfər ölüb

Azərbaycanın Goranboy rayonunda avtomobil dərəyə aşıb, iki nəfər ölüb
# 15 yanvar 2011 09:42 (UTC +04:00)
APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsinə istinadən yaydığı məlumata görə, hadisə yanvarın 14-də gecə saatlarında Bakı-Qazax avtomobil yolunun 343-cü kilometrliyində qeydə alınıb. "Audi" markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Nəticədə nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, hadisə zamanı avtomobildə olan, 1962-ci il təvəllüdlü İsmayılov Xəqani Məmməd oğlu və 1975-ci il təvəllüdlü Əhmədov Rəsul Paşa oğlu dünyasını dəyişib.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmış X. İsmaylovun və R.Əhmədovun cəsədini avtomobildən çıxarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR