Polis üç Şirvan sakinində heroin tapıb

Polis üç Şirvan sakinində heroin tapıb
# 15 yanvar 2011 10:19 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı - APA. Yerli hüquq-mühafizə orqanlarının əməkdaşları Şirvan sakinlərindən narkotik maddələr götürüb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan şəhər Polis Şöbəsindən məlumat verilib.

Şöbədən bildirilib ki, polis əməkdaşlarının son iki gün ərzində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Seymur Fikrət oğlu Əkbərovun evindən 6,348 qr heroin və 8,240 qr tiryək götürülüb. Digər Şirvan sakinləri Azad Əzimağa oğlu Tağıyev 0,035 qr heroini satarkən yaxalanıb, Mirhəmid İsmayıl oğlu Fətullayevin üstündən isə 1,403 qr heroin götürülüb. Hər 3 şəxs polis tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Bütün faktlar üzrə Şirvan polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR