Çelyabinsk ombudsmanı Etimad İsmayılovla görüşəcək

Çelyabinsk ombudsmanı Etimad İsmayılovla görüşəcək
# 17 yanvar 2011 08:47 (UTC +04:00)
Bakı. Laçın Sultanova, Şəhriyar Əlizadə-APA. Rusiyanın Çelyabinsk vilayətinin insan haqları üzrə müvəkkili Aleksey Sevastyanov Çelyabinskdə həbsdə olan Azərbaycan vətəndaşı Etimad İsmayılova baş çəkəcək. APA-nın “Novıy reqion2” saytına istinadən yaydığı məlumata görə, A. Sevastyanov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, xarici vətəndaş olan məhbusların hüquqlarının qorunmasına xüsusi diqqət ayıracaq: “Mən yaxın vaxtlarda “Prodkorporasiya” iş üzrə məhkum olunmuş Azərbaycan vətəndaşı Etimad İsmayılovun saxlandığı 3 saylı təcridxanaya baş çəkəcəyəm”.

Qeyd edək ki, Etimad İsmayılov məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Onun barəsində Rusiya Cinayət Məcəlləsinin “çirkli pulların yuyulması” və “dələduzluq” maddələri ilə ittiham irəli sürülüb. O, ““Avroasiya Sənaye-Maliyyə Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibidir. Bu şirkətə Çelyabinsk qubernatorunun himayəsində olan bir şirkətin 1 milyon dollar məbləğində borcu var. Arbitraj Məhkəməsindən həmin şirkətin Etimad İsmayılovun şirkətinə borcu olmasını təsdiqləyən sənəd də verilib. E. İsmayılov 2008-ci il martın 25-də gecə Bakıdan Moskvaya qayıdarkən Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən “Domodedovo” hava limanında saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR