Şəkidə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulub

Şəkidə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulub
# 17 yanvar 2011 08:51 (UTC +04:00)
Şəki. Vüqar Heydərov - APA. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Şəki sakinləri həbs edilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Məlumata görə, Şəki RPŞ-nin əməliyyat-axtarış qrupunun keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı 1966-cı il təvəllüdlü Şəki şəhər sakini Məmmədli Məmməd Sabit oğlu həmyerlisi 1972-ci il təvəllüdlü Əsgərov Nazim Ələkbər oğluna 6,18 qram narkotik vasitə hesab edilən, qurudulmuş marixuananı satarkən saxlanılıblar. M. Məmmədlinin ətrafında aparılan əməliyyat-axtarış tədbiri nəticəsində onun yaşadığı evdən satış məqsədi üçün hazırlanmış 71,36 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR