Ombudsman Bakıda polis əməkdaşları tərəfindən döyülərək öldürüldüyü bildirilən şəxslə bağlı baş prokurora və daxili işlər nazirinə müraciət edib

Ombudsman Bakıda polis əməkdaşları tərəfindən döyülərək öldürüldüyü bildirilən şəxslə bağlı baş prokurora və daxili işlər nazirinə müraciət edib
# 17 yanvar 2011 11:37 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Ombudsmanı Elmira Süleymanova Elvin Əsgərovun Nizami Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən döyülərək öldürülməsi ilə bağlı yayılmış məlumatlarla əlaqədar baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova müraciət edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, son günlər yayılan məlumatlarda 13 yanvar 2011-ci il tarixdə saat 02.00 radələrində “Neon Palace” şadlıq sarayının yaxınlığında, Mikayıl Əliyev küçəsi, 15 ünvanında restorandan çıxan bir qrup şəxsin Çevik Polis Alayının əməkdaşları tərəfindən zorakılığa məruz qaldığı, polis əməkdaşlarının gənclərin polis bölməsinə getmələrini tələb etdiklərini, onlar isə heç bir qanunsuz hərəkətə yol vermədiklərindən bölməyə getmək istəmədiklərini bildirilib: “Bundan sonra polislərin onların ünvanına nalayiq ifadələr işlətdiyi, ardınca da Elvin Əsgərovun polislərdən birini bıçaqladığı, bölməyə aparılarkən yolda onların polislər tərəfindən döyüldüyü, nəticədə Anar Qəniyevin qolunun zədələndiyi, Elvin Əsgərovun isə ağır yaralandığı üçün 3 saylı Sabunçu xəstəxanasına çatdırıldığı, lakin orada onun həyatının xilas edilməsinin mümkün olmadığı qeyd edilib”.
Məlumatda bildirilir ki, İşgəncələrə qarşı Milli Preventiv Mexanizm funksiyalarını yerinə yetirən Ombudsman Elmira Süleymanova baş prokurora və daxili işlər nazirinə məktubla müraciət edərək, göstərilən halların tam və hərtərəfli yoxlanılmasını, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmasını və qanun çərçivəsində cəzalandırılmasını, nəticəsi barədə məlumat verilməsini xahiş edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR