Neft Akademiyasında baş verən kütləvi qətllə bağlı ömürlük azadlıqdan məhrum edilən şəxslərin apellyasiya şikayətinə baxılır

Neft Akademiyasında baş verən kütləvi qətllə bağlı ömürlük azadlıqdan məhrum edilən şəxslərin apellyasiya şikayətinə baxılır
# 17 yanvar 2011 16:15 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) 2009-cu ilin aprel ayında baş verən kütləvi qətllə bağlı təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilən şəxslərin apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın xəbərinə görə, prosesdə təqsirləndirilən şəxslər ifadə verərək özlərini təqsirli bilmədiklərini deyiblər. Proses yanvarın 26-da davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər prosesə hakim Mirpaşa Hüseynovun sədrliyi ilə baxılmasına etiraz ediblər. Bununla bağlı vəsatətə Bakı Apellyasiya Məhkəməsinin rəhbərliyi baxaraq qərar verib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 10 avqust 2010-cu il tarixli hökmü ilə Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR