Azərbaycan İslam Partiyasının iki üzvü sərbəst buraxılıb

Azərbaycan İslam Partiyasının iki üzvü sərbəst buraxılıb
# 18 yanvar 2011 08:58 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Mövsüm Səmədovla birgə saxlanılaraq, inzibati cəza alan şəxslərdən ikisi - Mirhüseyn Kazımov və Elçin Həsənov sərbəst buraxılıb.

AİP-dən APA-ya bildirilib ki, partiya sədrinin təşkilatı məsələlər üzrə müavini Hacı Vaqif Abdullayev barəsində isə 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Ailəsindən verilən məlumata görə, V. Abdullayev qanunsuz fəaliyyətdə və iğtişaşlar törətməyə cəhddə ittiham olunur.

Partiya sədri Hacı Mövsüm Səmədovun vəkili Anar Qasımov isə APA-ya deyib ki, müdafiə etdiyi şəxslərlə və işi aparan müstəntiqlərlə görüşməsinə imkan yaradılması üçün baş prokuror Zakir Qaralova məktub göndərəcək.

Qeyd edək ki, yanvarın 7-də AİP sədri Hacı Mövsüm Səmədovla birgə saxlanılan Mirhüseyn Kazımov 11, Elçin Həsənov 13 sutkalıq həbs cəzası alıb. M. Səmədov və əmisi oğlu Dəyanət Ələsgər oğlu Səmədov isə yanvarın 7-də 2011-ci il tarixdə polisin qanuni tələblərinə tabe olmaması ittihamı ilə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə saxlanılıblar. M. Səmədov barəsində 13 gün müddətinə inzibati həbs seçilib. Dəyanət Səmədovun barəsində isə Cinayət Məcəlləsinin 228.1 maddəsi (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) ilə 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR