Necdət Özəl: “Türkiyə Azərbaycan Ordusunun, Daxili Qoşunların inkişafı üçün bundan sonra da əlindən gələni əsirgəməyəcək”

Necdət Özəl: “Türkiyə Azərbaycan Ordusunun, Daxili Qoşunların inkişafı üçün bundan sonra da əlindən gələni əsirgəməyəcək”
# 18 yanvar 2011 13:24 (UTC +04:00)
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Hər iki ölkənin daxili işlər orqanları arasında mövcud olan işgüzar əlaqələri, Türkiyə Jandarma Komandanlığının DİN Daxili Qoşunlarına göstərdiyi maddi-texniki yardımı xatırladan nazir Jandarma Baş Komandanlığının və Daxili Qoşunlar Baş İdarəsinin əməkdaşlığına dair 1997-ci il 31 oktyabr tarixli hökumətlərarası Protokola uyğun olaraq, bu sahədə xeyli iş görüldüyünü diqqətə çatdırıb. Həmçinin Qala qəsəbəsində tikilib istifadəyə verilmiş Daxili Qoşunların Tədris Mərkəzinin işi barədə məlumat verib.
Nazir Türkiyə Jandarma Baş Komandanının Azərbaycana səfərinin əlaqələrin inkişafına müsbət təsir göstərəcəyinə, müvafiq qurumların əməkdaşlığının potensial imkanlarından bundan sonra da səmərəli istifadə olunacağına əminliyini ifadə edib.
General N. Özəl isə müvafiq qurumlar arasındakı faydalı iş birliyini yüksək qiymətləndirib. Jandarma baş komandanı Türkiyənin Azərbaycan Ordusunun, Daxili Qoşunların inkişafı üçün bundan sonra da əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR