“Qara qırğılar”ın üzvü Rəsul Xəlilovun qətlində istifadə olunan silah aşkarlanıb

“Qara qırğılar”ın üzvü Rəsul Xəlilovun qətlində istifadə olunan silah aşkarlanıb
# 18 yanvar 2011 14:22 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Rusiyada azərbaycanlı Rəsul Xəlilovun qətlində istifadə olunan tapança aşkarlanıb. APA-nın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, tapança Moskva hüquq-mühafizə orqanları vəkil Stanislav Markelov və jurnalist Anastasiya Baburovanın qətlində günahlandırılan Nikita Tixonovun evində axtarış aparan zamana aşkar edilib. N.Tixonovun dostu Aleksey Baranovski bildirib ki, həmin cinayətdə Tixonova qarşı iddia qaldırıla bilməz, çünki o təsvir olunan qatilə bənzəmir və onun “dəmir alibisi” var.
Qeyd edək ki, rus millətçilərinin əleyhinə yaradılmış “Qara qırğılar” qruplaşmasının üzvü, 18 yaşlı azərbaycanlı Rəsul Xəlilov 2009-cu ilin sentyabrında qətlə yetirilib. Bu qruplaşmanın üzvləri metro vaqonlarında slavyan mənşəli insanlara travmatik silah və bıçaqla xəsarətlər yetiriblər.
Xatırladaq ki, vəkil Markelov 2009-cu il yanvarın 19-da Moskvanın mərkəzində güllələnib. O hərbi cinayətkarlıqla bağlı işlər, eləcədə insan haqlarının hüquq müdafiəsi və ekoloji tematika ilə məşğul olub. Onu müşayiət edən “Novaya qazeta”nın jurnalisti Anastasiya Baburova yaralanıb və xəstəxanada keçinib. Hadisəni araşdıran Təhqiqat Komitəsinin nümayəndəsi Vladimir Markinin sözlərinə görə, Baburova Markelovun qətlinin şahidi kimi qətlə yetirilib.
2010-cu ilin dekabrında milliyətçilər Nikita Tixonov və onun qeyri-rəsmi nikahda yaşadığı həyat yoldaşı Yevgeniya Xasisə qarşı cinayət işi açılıb. Onları qətlə törətməkdə və qeyri-qanuni silah dövriyyəsində günahlandırıblar. Bundan əlavə Tixonov saxta sənədlər, dövlət mükafatlarının hazırlanmasında da günahlandırılır. İstintaqın məlumatına görə, neonasistlər Tixonov və Xasis antifaşist Markelov və Baburovanı ideoloji dözümsüzlüyə görə qətlə yetiriblər. Tixonov silah alveri ilə məşğul olduğunu etiraf edib, lakin Markelov və Baburovanı qətlə yetirmə ilə bağlı ittihamı qəbul etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR