Xaçmazda məktəb binasında yanğın olub

Xaçmazda məktəb binasında yanğın olub
# 18 yanvar 2011 15:28 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Xaçmaz rayonunun Xudat şəhərində məktəbdə yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu gün Xudat şəhərində Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 924 kvadratmetr olan orta məktəbdə sinif otaqlarından birinin yanar konstruksiyaları 5 kvadratmetr sahədə yanıb. Yanğın saat 12:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğının səbəbləri barədə məlumat verilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR