Mingəçevir sakinlərindən 2 ədəd avtomat silahı və 121 ədəd güllə götürülüb

Mingəçevir sakinlərindən 2 ədəd avtomat silahı və 121 ədəd güllə götürülüb
# 18 yanvar 2011 19:12 (UTC +04:00)
Mingəçevir-Şahnəzər Bəşirov-APA. Mingəçevir şəhər sakinlərindən odlu silahlar və onların vasitələri, xeyli sayda güllələr götürülüb. Şəhər polis şöbəsinin rəis müavini mayor İlqar Hümbətov APA-nın yerli bürosuna bildirib ki, yanvarın 16-da Mingəçevir şəhər sakini 1970-ci il təvəllüdlü Məhərrəmov Firail Muxtar oğlu evində qanunsuz saxladığı 1 ədəd AKM markalı avtomat silahı, 21 ədəd gülləni və 2 ədəd güllə darağını, yanvarın 17-də isə Bərdə rayonun Ləmbəran kənd sakini və hazırda Mingəçevirdə yaşayan 1932-ci il təvəllüdlü Əfəndiyev Həmzə Məmməd oğlu bir ədəd AKM markalı avtomat silahı, bir ədəd güllə darağını və 100 ədəd RQP plumyotunun patronunu könüllü şəkildə polis şöbəsinə təhvil verib.
Hümbətov APA-ya bildirib ki, bu günlərdə Mingəçevirdəki yerli televiziya vasitəsilə silahların könüllü təhvil verilməsi ilə bağlı əhaliyə müraciət olunub və onların məsuliyyətə cəlb edilməyəcəyi bildirilib. Artıq uğurlu nəticənin əldə olunduğunu bildirən rəis müavini əhali arasında maarifləndirmə tədbirlərinin bundan sonra da davam etdiriləcəyini qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR