Bakı Şəhər Prokurorluğunda əməliyyat müşavirəsi keçirilib

Bakı Şəhər Prokurorluğunda əməliyyat müşavirəsi keçirilib
# 19 yanvar 2011 07:14 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşavirədə hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru Əziz Seyidov 2010-cu ildə 10 min 612 cinayət hadisəsinin qeydə alındığını vurğulayaraq, onların 79 faizinin açıldığını bildirib. Uzun müddət bağlı qalan 5 qəsdən adamöldürmə, çoxsaylı quldurluq hadisələri törətmiş şəxslərin ifşa edilməsi, xeyli miqdarda qanunsuz narkotik vasitənin və psixotrop maddələrin dövriyyədən çıxarılması hüquq mühafizə orqanlarının əlaqəli birgə fəaliyyətinin nəticəsi kimi qiymətləndirilib.

Tədbirdə bildirilib ki, il ərzində prokurorluqda 523, daxili işlər orqanlarında isə 4099 cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün məhkəməyə göndərilib. Hesabat dövründə bir sıra ağır və xüsusilə ağır cinayət işləri araşdırılıb, həmin cinayətləri törətmiş şəxslər ifşa edilərək cinayət məsuliyyətinə cəlb olunublar. Hesabat ilində 2007-ci ildən bağlı qalmış Xanoğlan Cəfərovun, 2008-ci ildən bağlı qalmış Oruc Nəcəfovun, 2009-cu ildən bağlı qalmış Yaşar Alışanovun, Rauf Həsənovun qətlə yetirmələri faktlarına görə cinayət işləri başlanıb. Aparılmış istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətlərin açılması təmin edilib, təqsirkar şəxslər ifşa olunaraq məhkəmə məsuliyyətinə cəlb olunublar.

Qeyd olunub ki, 2010-cu ildə baş vermiş bir qəsdən adamöldurmə, 34 quldurluq cinayəti və 11 ölümlə nəticələnən yol-nəqliyyat hadisələri bağlı qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR