Azərbaycan paytaxtında qəlp pul kəsən qrup zərərsizləşdirilib

Azərbaycan paytaxtında qəlp pul kəsən qrup zərərsizləşdirilib
# 19 yanvar 2011 07:45 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan paytaxtında qəlp pul kəsən şəxslər zərərsizləşdirilib. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları Bakı şəhər sakinləri Vüqar Xəlilovdan 21 ədəd 5 manatlıq və 8 ədəd 10 manatlıq saxta əsginas götürüblər. Keçirilən əməliyyat tədbirləri nəticəsində onlarla birlikdə saxta əsginasları hazırlayan əvvəllər məhkum olunmuş şəxslər Vaqif Rəhimzadə və Elməddin İmamzadə tutulublar. Onlardan 1 ədəd rəngli surətçıxaran və digər vasitələr götürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR