Ötən il Azərbaycan ərazisində baş verən 2 721 yol-nəqliyyat hadisəsində 925 nəfər ölüb, 2871 nəfər yaralanıb

Ötən il Azərbaycan ərazisində baş verən 2 721 yol-nəqliyyat hadisəsində 925 nəfər ölüb, 2871 nəfər yaralanıb
# 19 yanvar 2011 08:54 (UTC +04:00)
Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumatda bildirilir ki, ötən il ərzində respublika ərazisində 2 721 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 925 nəfər ölüb, 2871 nəfər yaralanıb. Dünyasını dəyişən 925 nəfərdən 744-ü kişi, 181-i qadın, xəsarət almış 2871 nəfərdən isə 2131-i kişi, 740-ı qadındır. Əvvəlki illə müqayisədə qəzaların sayı 71 (2,5%), həlak olanların sayı 5 nəfər (0,5%), yaralananların sayı 173 nəfər (5,7%) azalıb.

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 93,1%-i (2534) sürücülərin Yol Hərəkəti Qaydalarını pozmaları, o cümlədən 42,3%-i (1150) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 23,6%-i (642) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 7,4 %-i (203) yolayrıclarını keçmə qaydalarının pozulması, 2,4%-i (65) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. Baş vermiş qəzaların 39,8%-ni (1084) piyadaların vurulması təşkil edib ki, nəticədə 333 piyada dünyasını dəyişib, 837-i yaralanıb. Respublika üzrə qeydə alınmış yol qəzalarında 76 uşaq və yeniyetmə ölüb, 270 nəfər isə yaralanıb. Ölənlərin 43, yaralananların isə 163 nəfəri piyadalardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR