2010-cu ildə Azərbaycanda 160 avtomobil qaçırılıb

2010-cu ildə Azərbaycanda 160 avtomobil qaçırılıb
# 19 yanvar 2011 09:00 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Dövlət Yol Polisi əməkdaşları 2010-cu ildə axtarışda olan 21 nəfəri saxlayıb. Respublika Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində 11 ədəd “Kalaşnikov” avtomatı, 8 ədəd tapança, 2 ədəd “TOZ” markalı tüfəng, 5 ədəd ov tüfəngi, 5 ədəd əl qumbarası, 2814 ədəd müxtəlif kalibrli patron, 18 ədəd müxtəlif tip silah darağı və s. aşkar edilərək istintaq orqanlarına təhvil verilib.

2010-cu il ərzində polisin digər xidmətləri ilə birgə 50 fakt üzrə 45,739 kq narkotik maddə aşkar olunub. Bu müddət ərzində BDYPİ-yə nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə 160 məlumat daxil olub ki, onlardan 148-i tapılıb, açılma faizi 92,5 % təşkil edib. BDYPİ-nin qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 30 nəfər şəxs və 81 avtomobil saxlanılıb, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 346 fakt aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR