20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar Azərbaycan Daxili İşlər Nazirliyində xüsusi tədbirlər planı hazırlanıb

20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar Azərbaycan Daxili İşlər Nazirliyində xüsusi tədbirlər planı hazırlanıb
# 19 yanvar 2011 09:41 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Yanvarın 20-də Azərbaycanın daxili işlər orqanları gücləndirilmiş iş rejimdə çalışacaq. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar Daxili İşlər Nazirliyində xüsusi tədbirlər planı hazırlanıb. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı həmin tədbirlər planına əsasən, yanvarın 20-də ölkənin daxili işlər orqanları gücləndirilmiş iş rejimdə çalışacaq. Faciənin ildönümünün qeyd olunması ilə əlaqədar Bakı şəhərində bəzi küçələr bağlanacaq, nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR