Özünü Prezident Administrasiyasının əməkdaşı kimi təqdim edərək dələduzluq etməkdə təqsirləndirilən qadının məhkəməsi başlayıb

Özünü Prezident Administrasiyasının əməkdaşı kimi təqdim edərək dələduzluq etməkdə təqsirləndirilən qadının məhkəməsi başlayıb
# 19 yanvar 2011 12:44 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində özünü Prezident Administrasiyasının əməkdaşı kimi təqdim edərək dələduzluq etməkdə təqsirləndirilən Ülkər Qədirovanın cinayət işi üzrə məhkəmənin ilkin hazırlıq iclası başlayıb. APA-nın xəbərinə görə, prosesdə məhkəmə baxışı yanvarın 26-na təyin olunub.
Qeyd edək ki, Ülkər Qədirova 2009 -2010-cu illərdə özünü Prezident Administrasiyasının əməkdaşı kimi təqdim edib, vətəndaşları işə düzəltmək adı ilə aldadıb. O, ümumilikdə 15 min 700 manat pul mənimsəyib.
O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR