İsmayıllıda itkin düşən ana və azyaşlı övladı Bakıda tapılıb

İsmayıllıda itkin düşən ana və azyaşlı övladı Bakıda tapılıb
# 19 yanvar 2011 15:38 (UTC +04:00)
İsmayıllı. Şahnəzər Bəşirov - APA. İsmayıllı rayonunda itkin düşən ana və 3 yaşlı övladı tapılıb. Bu barədə APA-nın Şirvan bürosuna İsmayıllı rayon Polis Şöbəsinin rəis müavini Nəbi Əsədov bildirib. Üç ay öncə azyaşlı uşağı ilə birlikdə itkin düşən ana Bakı şəhərində tapılıb. Məlumata görə İsmayıllı şəhər sakini Qaflan Hüseynov ötən il dekabrın 24-də rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, həyat yoldaşı 1986-cı il təvəllüdlü Yeganə Rəsulova və qızı 2008-ci il təvəllüdlü Sevinc Hüseynova birlikdə 2010-cu il oktyabrın 9-da valideynlərinin yaşadığı İsmayıllı kəndindəki evdən çıxaraq bir daha geri qayıtmayıb. Faktla bağlı rayon Polis Şöbəsi tərəfindən əməliyyat-qrupu yaradılıb, onların itkin düşməsi barədə mətbuatda məlumat dərc edilib. N. Əsədov bildirib ki, polis əməkdaşları ana və övladını yanvarın 19-da Bakının Xətai rayonunda tapıblar. Kirayə götürdüyü mənzildə yaşayan Yeganə Rəsulova çörək pulu üçün evlərdə və yeməkxanalarda təmizlik işləri ilə məşğul olurmuş.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR