Azərbaycan paytaxtında ölümlə nəticələnən 2 yol qəzası baş verib

Azərbaycan paytaxtında ölümlə nəticələnən 2 yol qəzası baş verib
# 20 yanvar 2011 09:53 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən xəbərə görə, hadisə yanvarın 19-da saat 20.00 radələrində Babək prospektində qeydə alınıb. Sərxan Bayramovun idarə etdiyi “VAZ-2104” markalı avtomobil yolu keçmək istəyən piyada Dilavər Abdullayevi vurub.
D. Abdullayev aldığı xəsarətlər nəticəsində 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.
Daha bir yol qəzası isə bakının Mehmandarov küçəsində qeydə alınıb. Yanvarın 20-də səhər saat 06:00 radələrində Kürdəmir rayon sakini Tariyel Əhmədov idarə etdiyi “VAZ 2104” markalı avtomobil ilə Culfa şəhər sakini Fəridə Əliyevanı vurub. Yaralı “Azərsutikinti” Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hər bir faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR