Ağdaşda naməlum şəxslər 80 yaşlı qocanı ölümcül vəziyyətə salıblar

Ağdaşda naməlum şəxslər 80 yaşlı qocanı ölümcül vəziyyətə salıblar
# 20 yanvar 2011 11:54 (UTC +04:00)
Rayon Polis Şöbəsinin müstəntiqi Şirazi Qasımzadə APA-nın yerli bürosuna bildirib ki, hadisə yanvarın 20-də gecə saat 00:20 radələrində Ağdaşın Aşağı Zeynəddin kəndində qeydə alınıb. Kənd sakini 1931-ci il təvəllüdlü Abdurrahmanov Ənvər Məhəmməd oğlunun evinə iki nəfər naməlum şəxs hücum edərək ondan pul tələb ediblər. Evdə tənha yaşayan 80 yaşlı qocaya zor tətbiq edən şəxslər onun sağ əlinin beş barmağını bıçaqla kəsiblər və çənəsini sındırıblar və bədəninin müxtəlif nahiyəsinə ayaq və yumruq zərbələri vuraraq ölümcül vəziyyətə salıblar. Sonra evdə axtarış aparan soyğunçular 228 manat pul taparaq hadisə yerindən qaçıblar. Ənvər Abdurrahmanov ağır vəziyyətdə Ağdaş Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5 maddəsi ilə (quldurluq) cinayət işi açılıb, əməliyyat qrupu tərəfindən araşdırma aparılır. Hələ ki, hadisə ilə bağlı şübhəli şəxs qismində saxlanılan yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR