Bakı-Şamaxı yolunda mikroavtobus aşıb, 5 nəfər xəsarət alıb

Bakı-Şamaxı yolunda mikroavtobus aşıb, 5 nəfər xəsarət alıb
# 20 yanvar 2011 15:53 (UTC +04:00)
Qobustan. Şahnəzər Bəşirov - APA. Bakı-Ağdaş marşrutu üzrə hərəkət edən sərnişin mikroavtobusu Qobustan rayonu ərazisində aşıb. Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi mayor Rafiq Həsənov APA-nın Şirvan bürosuna bildirib ki, hadisə bu gün saat 11:00 radələrində Bakı-Şamaxı avtomobil yolunun 84.8-ci kilometrliyində qeydə alınıb. Gürcüstan vətəndaşı və hazırda Sumqayıtda yaşayan 1958-ci il təvəllüdlü İsmayılov Sarı Məhəmməd oğlunun idarə etdiyi 85-CB-129 dövlət nömrə nişanlı “Ford Tranzit” markalı mikroavtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində Binəqədi rayon sakini 1969-cu il təvəllüdlü Nəbiyeva Səliqə Əhmədyar qızı, Ağdaş rayon sakini 1982-ci il təvəllüdlü Süleymanova İlahə Camaləddin qızı, Qəbələ rayon sakini 1969-cu il təvəllüdlü Kamilov Azər Kərim oğlu və adları hələ ki, məlum olmayan daha iki nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Qobustan rayonunun və Bakı şəhərinin müxtəlif xəstəxanalarına yerləşdirilib. Hadisəyə sulu qarın yağdığı vaxtda mikroavtobusu sürətlə idarə edən sürücünün ötmə əməliyyatını düzgün aparmaması və nəticədə idarəetməni itirməsi səbəb olub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR