FHN: Ötən il Azərbaycanda sənaye sahəsində 15 min 680 qayda pozuntusu aşkar edilib

FHN: Ötən il Azərbaycanda sənaye sahəsində 15 min 680 qayda pozuntusu aşkar edilib
# 21 yanvar 2011 08:12 (UTC +04:00)
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumata görə, görülən işlər nəticəsində qeydə alınan 15 min 680 qayda pozuntusunun 79%-i aradan qaldırılıb. Həmçinin ötən il ölkədə 4943 müəssisədə 29 min 859 ədəd qurğu və avadanlıq üzrə texniki müayinələr keçirilib və aşkar edilmiş pozuntuların nəticəsində 869 qurğu və avadanlıqların istismarına qadağa qoyulub. Müvafiq illərlə müqayisədə pozuntular iki dəfədən çox aradan qaldırılıb.
Məlumatda həmçinin bildirilir ki, hazırda Dövlət Reyestr Xidmətindən 4200-ə yaxın hüquqi və fiziki şəxs qeydiyyatdan keçib. 2006 - 2010-cu illər ərzində müxtəlif fəaliyyət növləri ilə məşğul olan 672 hüquqi və 178 fiziki şəxsə 877 "Xüsusi razılıq" (lisenziya) verilib. Yalnız 2010-cu ildə 105 hüquqi və fiziki şəxsə xüsusi razılıq verilib ki, bunun da nəticəsində dövlət büdcəsinə 211 min 050 manat vəsait daxil olub. İstismar olunan təhlükə potensiallı qurğu və avadanlıqlar üzrə 736 təhlükəsizlik sertifikatı təqdim edilib, 159 hüquqi və fiziki şəxs isə Dövlət reyestrində qeydiyyatdan keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR