Şabranda baş verən yol-nəqliyyat hadisəsində 2 nəfər ölüb

Şabranda baş verən  yol-nəqliyyat hadisəsində 2 nəfər ölüb
# 21 yanvar 2011 10:35 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Şabran rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Daxili İşlər Nazirliyinin (DİN) internet saytına istinadən verdiyi xəbərə görə, hadisə yanvarın 21-də saat 02.00 radələrində qeydə alınıb. Xaçmaz rayon sakini Cövdət Dadaşov idarə etdiyi "Sang-Yong-Rexton" markalı avtomaşını maneəyə vurub. Nəticədə C. Dadaşov və sərnişini, Şabran rayon sakini Elşən Babayev hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı DİN-in Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR