Azərbaycanın hüquq müdafiəçisi İran prezidentinə müraciət edib

Azərbaycanın hüquq müdafiəçisi İran prezidentinə müraciət edib
# 21 yanvar 2011 11:32 (UTC +04:00)
Bu barədə APA-ya komitə sədri özü məlumat verib. Məktubda İran İslam Respublikasının zindanlarında saxlanılan, İran vətəndaşı olan azərbaycanlıların işgəncə və qeyri-insani rəftara məruz qalmaları, həmçinin işgəncə altında öldürülmələrindən narahatlıq qeyd olunub: “Biz buna qəti etirazımız bildiririk. Azərbaycanlıların işgəncəyə məruz qalmalarına göz yuma, biganə qala bilmərik”.

E. Behbudov məktubda məsələ ilə əlaqədar azərbaycanlıların saxlanıldığı bir neçə zindanda monitorinq aparmağa və onlarla görüşməyə icazə verilməsini də İran prezidentindən xahiş edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR