Azərbaycanı Astara rayonunda baş verən yanğın zamanı ev sahibi yanaraq ölüb

Azərbaycanı Astara rayonunda baş verən yanğın zamanı ev sahibi yanaraq ölüb
# 21 yanvar 2011 21:55 (UTC +04:00)
Astara. Ağəddin Babayev – APA. Azərbaycanın Astara rayonunda dəhşətli yanğın hadisəsi baş verib. Astara Rayon Polis Şöbəsinin növbətçi hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə yanvarın 21-də saat 20.40 radələrində rayonun Qamışovka kəndində qeydə alınıb. Kənd sakini, 1951-ci il təvəllüdlü Yevgeni Qavriloviç Şpakova məxsus fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Astara və Lənkəran rayonlarındakı Yanğından Mühafizə Hissələrinin yanğınsöndürənlərinin səyləri ilə lokallaşdırılıb. Lakin yanğın yerinin kəşfiyyatı zamanı oradan ev sahibinin cəsədi aşkarlanıb.

Faktla bağlı araşdırmalara başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR