Azərbaycan Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilir - FOTO

Azərbaycan Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilir - <font color=red>FOTO</font>
# 22 yanvar 2011 08:25 (UTC +04:00)
APA-nın məlumatına görə, kollegiyada daxili işlər naziri, general-polkovnik Ramil Usubov hesabat məruzəsi ilə çıxış edib. Nazir bildirib ki, 2010-cu ildə Azərbaycan daxili işlər orqanları ölkədə cinayətkarlığa qarşı ciddi mübarizə aparıb, nəticələrə əsasən, hesabat dövründə Azərbaycan MDB və Şərqi Avropa məkanında tutduğu öncül mövqeyi qoruyub saxlayıb.

R. Usubovun sözlərinə görə, bütün subyektlər üzrə ölkədə 23010 cinayət qeydə alınıb ki, həmin cinayətlərin 88,8 faizi böyük ictimai təhlükə törətməyən, yəni az ağır, 11,2 faizi isə ağır və xüsusilə ağır cinayət olub. Cinayətlərin ümumi sayı 1,2 faiz, adam oğurluğu 2,1 dəfə, zorlama 2,2 dəfə, soyğunçuluq 16,9 faiz azalıb.

2010-cu ildə prokurorluq orqanları ilə birgə ötən illərdən bağlı alan 329, o cümlədən 67 ağır cinayətin üstü açılıb. Bundan başqa, DİN-in “102” xidməti vasitəsilə 314 cinayət işinin üstü isti izlərlə açılıb. “102” xidmətinə daxil olmuş məlumatlar əsasında 1679 cinayət işi başlanıb, məişət zəminli 2 minə yaxın hüquqa zidd əməlin qarşısı alınıb.

R. Usubov qeyd edib ki, 2010-cu ildə həyata keçirilən tədbirlər nəticəsində müxtəlif cinayətlər törətmiş 14232 nəfər məhkəmə məsuliyyətinə cəlb olunub. Yerli və dövlətlərarası axtarışda olan 2296 nəfər, o cümlədən MDB və digər xarici ölkələrdə gizlənmiş 127 təqsirləndirilən şəxs tutulub.

“İnterpol”un Azərbaycan Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 70 nəfərin, həmçinin “İnterpol”a üzv ölkələr tərəfindən axtarılan 26 şəxsin yeri müəyyən edilib. Nazir həmçinin deyib ki, 2010-cu ildə daxili işlər orqanları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 647 ağır cinayət törətmiş, 656 nəfəri özündə birləşdirən 211 mütəşəkkil dəstə zərərsizləşdirilib. Bundan başqa, ötən il 32 saxta pul hazırlama və satma cinayəti aşkarlanıb. Müvafiq hüquqa zidd əməllərlə bağlı 30 nəfər məsuliyyətə cəlb edilib. Ümumi məbləği 364 min manat təşkil edən 4637 ədəd saxta əsginas dövriyyədən çıxarılıb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə nəticəsində ötən il 660 kq narkotik vasitə dövriyyədən çıxarılıb, 95 kq narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb. Ümumi çəkisi 331 ton narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib.

İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı əsasında görülmüş tədbirlər nəticəsində 70 cinayət işi başlanıb, 39 nəfər məsuliyyətə cəlb olunub, 24 nəfərdən ibarət 8 cinayətkar qrup zərərsizləşdirilib. İnsan alveri qurbanlarının sayı isə ötən il 34 nəfər təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR