Azərbaycan İslam Partiyasının Astara rayon təşkilatı sədrinin evində xeyli silah-sursat aşkarlanıb

Azərbaycan İslam Partiyasının Astara rayon təşkilatı sədrinin evində xeyli silah-sursat aşkarlanıb
# 22 yanvar 2011 08:32 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Ruhulla Axundzadənin həyətindəki yardımçı təsərrüfatda bir ədəd baraban tipli tapança, 4 nömrəsi silinmiş AK markalı avtomat, 9 ədəd qumbara, 10 ədəd alışdırıcı, 2 ədəd 200 qramlıq trotil şaşkası, 3 ədəd güllə darağı, 510 ədəd müxtəlif çaplı güllə aşkar edilərək götürülüb.

Qeyd edək ki, Ruhulla Axundzadə dövlət qeydiyyatı olmayan İslam Partiyasının Astara rayon təşkilatının sədridir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR