Azərbaycanda yanacaq çənində partlayış olub, 10 ton neft məhsulu ətrafa dağılaraq alışıb, 1 nəfər ölüb - YENİLƏNİB

 Azərbaycanda yanacaq çənində partlayış olub, 10 ton neft məhsulu ətrafa dağılaraq alışıb, 1 nəfər ölüb - <font color=red>YENİLƏNİB</font>
# 22 yanvar 2011 10:10 (UTC +04:00)
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, təmir sexinin ərazisində “KamAZ” markalı avtomobilin qoşqusunda olan 30 tonluq çəndə qaynaq işləri aparılarkən yanğınla davam edən partlayış olub. Nəticədə, çəndə olan təxminən 10 ton neft məhsulu ətrafa dağılaraq alışıb və avtomobilin kabinə hissəsi yanıb. Hadisə zamanı 1 nəfər bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya aparılıb.
Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər yaxınlıqdakı avtomobilləri yanğından mühafizə edib, xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Yanğın saat 18:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb. İlkin ehtimala görə, hadisəyə qaynaq işləri apararkən yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəb olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, yanvarın 21-də saat 18.15 radələrində Qaradağ rayonu Sahil qəsəbəsi ərazisindəki avtomobil təmiri emalatxanasında oranın işçisi, Tovuz rayon sakini Osman Musayev Sahil qəsəbə sakini Novruz Xancanova məxsus "KamAZ" markalı avtomaşının yanacaq çənində qaynaq işləri apararkən parlayış baş verib. Nəticədə xəsarət almış H. Musayev xəstəxanaya aparılarkən yolda ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR