Azərbaycanın daxili işlər naziri yol patrul xidmətinin əməkdaşlarına xəbərdarlıq edib

Azərbaycanın daxili işlər naziri yol patrul xidmətinin əməkdaşlarına xəbərdarlıq edib
# 22 yanvar 2011 10:29 (UTC +04:00)
APA-nın məlumatına görə, nazir bu gün keçirilən geniş kollegiya iclasında bildirib ki, YPX əməkdaşları vətəndaşları boş yerə incitməməlidir: “Hansısa vətəndaş qayda pozubsa, qanuna uyğun cəzalandırılmalıdır. Həmin şəxsin kiminsə qohumu olması və digər məsələlərə görə qayda pozan şəxslərə qarşı güzəştə getmək olmaz. Qanun pozuntusu varsa, cəzalandırılmalıdır, pozuntu yoxdursa, vətəndaşlar incidilməməlidir. Yol patrul xidmətinin əməkdaşları tərəfindən də bəzən vətəndaşların əsassız olaraq incidilməsi faktlarına rast gəlinir. Bunun qarşısı mütləq alınmalıdır. Mən bütün idarə rəislərinə tapşırıram, bu hallara son qoyulmalıdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR