Lənkəran sakinindən silah-sursat və heroin götürülüb

Lənkəran sakinindən silah-sursat və heroin götürülüb
# 22 yanvar 2011 11:49 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Lənkəran şəhər sakinində silah-sursat və heroin aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini Əkbər Kərimovdan 0,338 qram heroin və 1 ədəd “Makarov” markalı qaz tapançası və ona aid 444 ədəd güllə götürülüb.

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR