Respublika Prokurorluğu Astara sakini Ruhulla Axundzadənin saxlanması ilə bağlı açıqlama yayıb

Respublika Prokurorluğu Astara sakini Ruhulla Axundzadənin saxlanması ilə bağlı açıqlama yayıb
# 22 yanvar 2011 13:12 (UTC +04:00)
Respublika Prokurorluğunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, açıqlamada deyilir:

“Qanunsuz fəaliyyət göstərən Azərbaycan İslam Partiyasının üzvləri barəsində başlanmış cinayət işi üzrə istintaqın gedişində Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat yolu ilə əldə etdiyi məlumat əsasında 21 yanvar 2011-ci il tarixdə istintaq qrupu və Astara rayon Polis Şöbəsinin birgə həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində Astara şəhər sakini Axundzadə Ruhulla Höccət oğlunun yaşadığı evdə axtarış aparılarkən həyətindəki saxlanc yerindən 4 ədəd AKM markalı avtomat, 1 ədəd “Naqan” tipli tapança, avtomat silahlar üçün nəzərdə tutulan və içərisində patronlar olan 3 ədəd sandıqça, 5 ədəd “F-1”, 4 ədəd “RQD-5” tipli əl qumbarası, 10 ədəd “UZRQM” tipli alışdırıcı, 2 ədəd trotil şaşkası, 491 ədəd patron, 7 ədəd CD formatlı disk və digər predmetler aşkar edilərək götürülüb. Axtarış zamanı görülən təhlükəsizlik tədbirləri ilə əlaqədar 9 ədəd alışdırıcı və 1 ədəd “RQD-5” tipli qumbara mütəxəssislər tərəfindən partladılıb. Ruhulla Axundzadə həmin tarixdə Azərbaycan Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub. Hazırda cinayət işi üzrə istintaq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində davam etdirilir”.

Qeyd edək ki, Ruhulla Axundzadə Azərbaycan İslam Partiyasının (AİP) Astara rayon təşkilatının sədridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR