Oğuz rayon sakini özünü asıb

Oğuz rayon sakini özünü asıb
# 24 yanvar 2011 07:54 (UTC +04:00)
Oğuz. Vüqar Heydərov – APA. Azərbaycanın Oğuz rayonunda intihar hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə dünən rayonun Kərimli kəndində qeydə alınıb. 1991-ci il təvəllüdlü kənd sakini Əfəndiyev Elmurad İlqar oğlu yaşadığı evin çardağından özünü asıb. Mərhumun üzərindən məktub tapılıb. Məlumata görə, E. Əfəndiyev məktubda ali məktəbə daxil ola bilmədiyini, valideynlərinə layiq övlad olmadığını yazıb. Onun ötən ilin oktyabrında hərbi xidmətini başa vurduğu da bildirilib.

Faktla bağlı Oğuz rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR