Karate və alpinizm üzrə yeddiqat Azərbaycan çempionunu baltalayan şəxslər tutulublar

Karate və alpinizm üzrə yeddiqat Azərbaycan çempionunu baltalayan şəxslər tutulublar
# 24 yanvar 2011 08:27 (UTC +04:00)
Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Xəbərə görə, yanvarın 22-də saat 01.50 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisindən qəsəbə sakini Samir Ağayev balta xəsarətləri ilə xəstəxanaya gətirilib və orada ölüb. Sabunçu və Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirləndirilən Bakı şəhər sakinləri Rasim Mirzəyev və Nemət Cəfərov tutularaq istintaqa təhvil veriliblər. Məlumata görə, qətlə yetirilən Samir Ağayev karate və alpinizm üzrə yeddiqat Azərbaycan çempionudur.

Hələlik hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR