Abşeron rayonunda 6 nəfər dəm qazından zəhərlənib

Abşeron rayonunda 6 nəfər dəm qazından zəhərlənib
# 24 yanvar 2011 11:51 (UTC +04:00)
Bakı-APA. Abşeron rayonunda dəm qazından zəhərlənmə halları olub. APA-nın Daxili İşlər Nazirliyinin (DİN) internet səhifəsinə istinadən verdiyi xəbərə görə, yanvarın 23-də Xırdalan şəhər sakini Dursun Aslanov, Hökməli qəsəbə sakini Vüqar Əsgərov, Ceyranbatan qəsəbə sakini Vüsal Mürsəlov, Saray qəsəbə sakini Mehbarə Cümşüdova, Lalə Əliyeva və qızı Xədicə dəm qazından zəhərlənmə diaqnozları ilə xəstəxanaya gətiriliblər.

Həmin gün Gəncə şəhər sakini Sevil Həsənova da dərmandan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR