BAXCP Əbülfəz Elçibəyin xatirəsinin əbədiləşdirilməsi təklifi ilə çıxış edib

BAXCP Əbülfəz Elçibəyin xatirəsinin əbədiləşdirilməsi təklifi ilə çıxış edib
# 24 yanvar 2011 12:28 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı müzakirələr aparılıb və 18 Oktyabrın dövlətçilik tariximizdə önəmli yer tutduğu vurğulanıb: “Dövlət müstəqilliyimizin bərpası və qorunub saxlanılması şübhəsiz ki, Azərbaycan xalqının ən böyük tarixi nailiyyətidir. Bu nailiyyətin əldə olunmasında isə milli azadlıq hərəkatı və onun lideri Əbülfəz Elçibəy ən önəmli yerlərdən birini tutur. BAXCP İdarə Heyəti hesab edir ki, dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümündə bu tarixi hadisənin gerçəkləşməsində müstəsna rolu olan Əbülfəz Elçibəy hörmətlə anılmalı və onun Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətləri layiqincə dəyərləndirilməlidir”.

İdarə Heyəti bu məqsədlə Əbülfəz Elçibəyin xatirəsinin əbədiləşdirilməsini, ona ölümündən sonra “İstiqlal” ordeninin verilməsini və ailəsinin sosial müdafiəsinin gücləndirilməsini də təklif edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR