Daxili İşlər Nazirliyi Masallıda din xadiminin həbsi ilə bağlı məlumat açıqlayıb

Daxili İşlər Nazirliyi Masallıda din xadiminin həbsi ilə bağlı məlumat açıqlayıb
# 25 yanvar 2011 09:05 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi (DİN) Masallıda din xadiminin həbsi ilə bağlı məlumat açıqlayıb. Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavabında bildirib ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi rayon Polis Şöbəsi əməkdaşları ilə birgə, əldə olunan əməliyyat məlumatı əsasında Masallı rayon sakini, 55 yaşlı Fəramiz Abbsovun yaşadığı ünvana baxış keçirilib. Bu zaman F. Abbasova məxsus həyətdə yerləşən yardımçı təsərrüfatda gizlədilmiş, 1 ədəd “AK-74” avtomatı, 1 ədəd naqan tipli tapança, 20 ədəd qumbara, 20 ədəd alışdırıcı, 7 ədəd 400 qramlıq və 1 ədəd 200 qramlıq tratil şaşkalar, 3 ədəd güllə darağı və 70 ədəd patron aşkar edilərək götürülüb. Faktla əlaqədar F. Abbasov saxlanılıb.

E. Zahidov, həmçinin F. Abbasovun saxlanılması ilə bağlı mətbuatda yayılan müxtəlif məlumatların həqiqəti özündə əks etdirmədiyini bildirib. O qeyd edib ki, F. Abbasovun saxlanılması ilə bağlı Masallıda heç bir etiraz baş verməyib və fakt üzrə obyektiv araşdırmalar davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR