Zaqatala ərazisində avtomobildən külli miqdarda marixuana tapılıb

Zaqatala ərazisində avtomobildən külli miqdarda marixuana tapılıb
# 25 yanvar 2011 10:02 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov – APA. Azərbaycanın Zaqatala rayonu ərazisində avtomobildə külli miqdarda narkotik vasitə aşkarlanıb. APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, hadisə dünən günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistralının 128-ci kilometrliyində qeydə alınıb. Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları yolla hərəkət edən “Mercedes-190” markalı, 90 BU 184 dövlət nömrə nişanlı avtomobili saxlayaraq ona baxış keçirən zaman oradan 3 kiloqram 300 qram marixuana aşkarlayıblar.
Avtomobilin sürücüsü Bakı şəhər sakini İsayev Vüqar Lətif oğlu, onun sərnişinləri - Balakən rayonunun Gərəkli kənd sakini Umarov Rahib Nizrov oğlu və Bakı sakini Şahverdiyeva İlhamə Məhəmməd qızı saxlanılaraq Zaqatala rayon Polis Şöbəsində təhvil veriliblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR