Bakıda polis əməkdaşını bıçaqlayan şəxslər tutulub

Bakıda polis əməkdaşını bıçaqlayan şəxslər tutulub
# 25 yanvar 2011 10:06 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda polis əməkdaşını bıçaqlayan şəxslər tutulub. APA-nın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsində məlumat yerləşdirilib. Məlumatda bildirilir ki, Sabunçu rayon Polis İdarəsi əməkdaşları tərəfindən qəsdən adam öldürdüyünə görə tutulmuş Rasim Mirzəyevin və Nemət Cəfərovun ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların 2010-cu il dekabrın 12-də, Yeni Ramana qəsəbə sakinləri Kamran Babayev və Orxan Əsgərovla birgə polis əməkdaşı Babək Xudiyevə xuliqanlıq zəminində kəsici alətlə xəsarət yetirmələri müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində K. Babayev və O. Əsgərov tutularaq aidiyyəti üzrə Suraxanı rayon Polis İdarəsinə təhvil veriliblər.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR