Ucarda avtomobillə 5 yaşlı qız vurulub

Ucarda avtomobillə 5 yaşlı qız vurulub
# 25 yanvar 2011 12:29 (UTC +04:00)
Ucar. Zahid Abışov - APA. Azərbaycanın Ucar rayonunda avtomobillə 5 yaşlı uşaq vurulub. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qazyan-Boyat yolunun Boyat kəndindən keçən hissəsində qeydə alınıb. Ucar rayon Polis Şöbəsindən verilən məlumata görə, Baloğlanov Sənani Nüsrət oğlu idarə etdiyi “VAZ-2105” markalı, 10 HF 916 dövlət nömrə nişanlı avtomobillə yolu keçən 5 yaşlı Aslanova Könül Nəsimi qızını vurub. Xəsarət alan K. Aslanova Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, oradan isə Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Faktla bağla Ucar rayon Polis Şöbəsində araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR