Gəncə sakininin evində silah-sursat aşkarlanıb

Gəncə sakininin evində silah-sursat aşkarlanıb
# 25 yanvar 2011 12:39 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Gəncə şəhər Kəpəz rayon Polis Şöbəsi əməkdaşları 1962-ci il təvəllüdlü Nəriman Xəlilovun evinə baxış keçirən zaman xeyli sayda silah-sursat aşkar ediblər. Gəncə şəhər Polis İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, Nəriman Xəlilovun “Avtozavod” qəsəbəsində yerləşən evinə baxış zamanı 1 ədəd AK markalı avtomat, 4 ədəd F1 markalı əl qumbarası və onlara aid alışdırıcı, 74 ədəd 5-45 millimetr kalibrli güllə, 3 ədəd sandıqca, həmçinin ov tüfəngi üçün patronlar götürülüb.
Nəriman Xəlilov ifadəsində silah və sursatı “Avtozavod” qəsəbəsindəki zibillikdən tapdığını və onları polisə təhvil vermək istəyində olduğu bildirib.
Faktla əlaqədar Gəncə şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 228.1 maddəsi ilə cinayət işi açılıb və silahların hər hansı bir cinayətdə istifadə olunub-olunmaması araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR