Mövsüm Səmədov barəsində çıxarılan həbs-qətimkan tədbiri qüvvədə saxlanılıb

Mövsüm Səmədov barəsində çıxarılan həbs-qətimkan tədbiri qüvvədə saxlanılıb
# 25 yanvar 2011 15:34 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bakı Apellyasiya Məhkəməsində dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Mövsüm Səmədov barəsində həbs-qətimkan tədbirinin seçilməsi haqqında məhkəmə hökmündən verilən apellyasiya şikayətinə baxılıb. M. Səmədovun vəkili Anar Qasımov APA-ya deyib ki, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə müdafiə etdiyi şəxsin apellyasiya şikayəti təmin etməyib və Nəsimi rayonu Məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb.

Qeyd edək ki, Nəsimi rayon Məhkəməsinin hökmü ilə M. Səmədov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. M. Səmədov Azərbaycan Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələr üzrə ittiham olunub.

Xatırladaq ki, yanvarın 7-də AİP sədri Hacı Mövsüm Səmədovla birgə saxlanılaraq, inzibati cəza alan şəxslərdən iki nəfəri - Mirhüseyn Kazımov və Elçin Həsənov isə yanvarın 18-də sərbəst buraxılıb, M. Səmədovun əmisi oğlu Dəyanət Ələsgər oğlu Səmədov barəsində isə Cinayət Məcəlləsinin 228.1 maddəsi (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) ilə 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Partiya sədrinin təşkilatı məsələlər üzrə müavini Hacı Vaqif Abdullayev barəsində isə dünən 3 aylıq həbs-qətimkan tədbiri seçilib. V. Abdullayevə qarşı Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri üzrə ittiham irəli sürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR