Azərbaycanda Polis Şöbəsinin təcridxanasından qaçan şəxslər tutulub

Azərbaycanda Polis Şöbəsinin təcridxanasından qaçan şəxslər tutulub
# 26 yanvar 2011 07:47 (UTC +04:00)
Rayon Polis Şöbəsindən APA-nın Şirvan bürosuna verilən məlumata görə, yanvarın 24-də axşam saatlarında şöbənin müvəqqəti saxlanma təcridxanasında polis naryadına müqavimət göstərərək qaçan İnçə kənd sakini 1987-ci il təvəllüdlü Eminov Elşən Xəlil oğlu və Qarayazı kənd sakini 1987-ci il təvəllüdlü Əsgərov Xəyal Şakir oğlu bu gün səhər saat 9:30 radələrində saxlanılıblar.

Məlumata görə, E. Eminov Cinayət Məcəlləsinin 177-ci (oğurluq), X. Əsgərov isə 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri üzrə ittiham olunurlar.

Təcridxanadan qaçdıqlarına görə isə hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 304-cü (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) maddəsi ilə əlavə cinayət işi başlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR