Şəmkirdə dəmir yol vağzalının inzibati binasında yanğın olub

Şəmkirdə dəmir yol vağzalının inzibati binasında yanğın olub
# 26 yanvar 2011 09:44 (UTC +04:00)
Şəmkir. Ayxan Hüseynov - APA. Şəmkir rayon Dəllər stansiyasının dəmir yol vağzalının inzibati binasında yanğın baş verib. APA-nın qərb bürosunun məlumatına görə, hadisə yanvarın 25-də saat 19:00 radələrində qeydə alınıb. Hadisə yerinə yanğın söndürmə briqadası cəlb edilib. Tez bir zamanda yanğının qonşu binalara keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində ümumi sahəsi 200 kvadratmetr olan stansiyanın gözləmə zalı və satış məntəqələrinin dam örtüyünün 150 kvadratmetri tamamilə yanıb.
Şəmkir rayon Dövlət Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, yanğının baş vermə səbəbləri araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR