Qobustan həbsxanasına narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Qobustan həbsxanasına narkotik vasitə keçirilməsinin qarşısı alınıb
# 26 yanvar 2011 10:00 (UTC +04:00)
Bakı-APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatı tərəfindən növbəti dəfə müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb. APA-nın Penitensiar Xidmətin internet səhifəsinə istinadən verdiyi məlumata görə, yanvarın 25-də Qobustan qəsəbəsində yerləşən Həbsxanada əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nəticədə həbsxanada cəza çəkən 1964-cü il təvəllüdlü, Azərbaycan Cinayət Məcəlləsinin 234.1 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Nəsirli Elcin Qorxmaz oğlunun yanına qısa müddətli görüşə gəlmiş qohumu, 1975-ci il təvəllüdlü, Bakı şəhər sakini Allahverdiyev Ayaz Vahid oğlunun gətirdiyi sovqata baxış keçirilərkən göy soğanın saplağının içərisində gizlədilmiş iki büküm yaşıl sellofanda olan narkotik maddələr - xalis çəkiləri 0,45 qram marixuana və 1,028 qram heroin aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR