Moskva-Bakı sərnişin qatarı Sabunçu sakinini vurub

Moskva-Bakı sərnişin qatarı Sabunçu sakinini vurub
# 26 yanvar 2011 10:09 (UTC +04:00)
Bakı-APA. Bakının Sabunçu rayonu 2-ci Zabrat qəsəbəsində qatar piyadanı vurub. APA-nın Daxili İşlər Nazirliyinin (DİN) internet səhifəsinə istinadən verdiyi xəbərə görə, hadisə yanvarın 25-də saat 08.10 radələrində qeydə alınıb. Zabrat -Sabunçu yolunun 15-ci kilometrliyində Moskva-Bakı sərnişin qatarı Sabunçu qəsəbə sakini Yalçın Şərifovu vurub. Nəticədə Y. Şərifov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı DİN-in Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR