Dövlət Komissiyası: Azərbaycanın itkin kimi qeydiyyatda olan 10 vətəndaşının işğal olunmuş ərazilərdə saxlandığı ehtimal edilir

Dövlət Komissiyası: Azərbaycanın itkin kimi qeydiyyatda olan 10 vətəndaşının işğal olunmuş ərazilərdə saxlandığı ehtimal edilir
# 27 yanvar 2011 10:23 (UTC +04:00)
APA-nın Komissiyanın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, araşdırmalar nəticəsində Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 10 nəfərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə sağ-salamat qalması və əsir-girov götürülməsinin ehtimal olunduğu müəyyənləşdirilib. Bu faktlar, o cümlədən itkin düşmüş şəxslərlə bağlı aparılmış axtarış-araşdırma tədbirlərinin nəticəsi olaraq 80 şəxs barədə ümumiləşdirilmiş arayışlar tərtib edilib. Dövlət Komissiyasında olan məlumatların dəqiqləşdirilməsi və itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar müxtəlif dövlət orqanlarına və beynəlxalq təşkilatlara 923 nəfər barədə 1412 sorğu göndərilib. Bu kateqoriyadan olan 200 nəfərin «şəxsi iş»i yaradılıb, 1500-dən artıq itkin barədə toplanmış əlavə məlumat və materiallar onların «şəxsi iş»lərinə əlavə olunub.

Dövlət Komissiyasında və Beynəlxalq Qızıl Xaç Komitəsində itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 588 şəxslə bağlı verilmiş sorğulara əsasən daxil olmuş cavablar, əldə olunmuş digər məlumatlar (o cümlədən anket məlumatlar) təhlil edilib və sistemləşdirilərək müvafiq bazalara əlavə olunub.

Maliyyə Nazirliyindən daxil olmuş sorğuya əsasən, itkin düşmüş hərbçilərin ailələrinin gələcəkdə sosial müdafiəsinin gücləndirilməsi məqsədilə tədbirlərin görülməsi üçün Dövlət Komissiyasında qeydiyyatda olan bu kateqoriyadan olan şəxslər barədə məlumatlar sistemləşdirilərək bu quruma göndərilib. İtkin düşmüş 57 vətəndaşın valideynləri tərəfindən Respublika Prezidentinə, Heydər Əliyev Fonduna, Dövlət Komissiyasının sədrinə və digər dövlət orqanlarına ünvanlanmış ərizələrə baxılıb, qaldırılmış məsələlər araşdırılaraq əlaqədar qurumlara məlumatlar verilib.

Ötən il itkin düşmüş və əsirlikdən azad olunmuş şəxslərlə bağlı müxtəlif dövlət orqanlarından və beynəlxalq təşkilatlardan daxil olmuş 110 sorğu icra olunub. Dövlət Komissiyasına müraciət etmiş 50-dən artıq itkinin yaxın qohumu İşçi qrupunda qəbul olunub, onlara yaxınlarının axtarışı ilə əlaqədar görülmüş işlər barədə ətraflı məlumatlar verilib, itkin düşmə şəraitləri barədə əlavə məlumatlar alınaraq sənədləşdirilib, anket vərəqələri doldurulub. İl ərzində əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının, həmçinin atəşkəsin pozulması nəticəsində qoşunların təmas xəttində şəhid olmuş hərbçilərin və mülki şəxslərin yaxın qohumları Dövlət Komissiyasının İşçi qrupunda dəfələrlə qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR