Azərbaycanda daha 8 nəfər dəm qazından zəhərlənib

Azərbaycanda daha 8 nəfər dəm qazından zəhərlənib
# 27 yanvar 2011 11:16 (UTC +04:00)
Bakı-APA. Azərbaycanda daha 8 şəxs dəm qazından zəhərlənib. APA-nın Daxili İşlər Nazirliyinin (DİN) internet səhifəsinə istinadən verdiyi xəbərə görə, zəhərlənmə faktları yanvarın 26-da qeydə alınıb. Sumqayıt şəhər sakini Ceyran Zülfüyeva, Rüfanə Məmmədova, Vüsalə Cəfərova, Aygün Hüseynova, Müşgünaz Nadirova, Gülnar Baxışəliyeva, Xırdalan şəhər sakini Nigar Tağıyeva, Digah qəsəbə sakini Ağaxan Mehdiyev mənzillərindən dəm qazından zəhərlənmə diaqnozları ilə xəstəxanalara yerləşdiriliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR