Azərbaycan paytaxtında intihar hadisəsi baş verib

Azərbaycan paytaxtında intihar hadisəsi baş verib
# 27 yanvar 2011 12:45 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib. Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Bakıxanov qəsəbəsi, Axundzadə küçəsi 35 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 48 yaşlı Xəlil Ələkbərov yaşadığı evin həyətində, nərdivandan özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil. Mərhumun “8-ci kilometr bazarı”nda ticarətlə məşğul olduğu bildirilir.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR