2010-cu ildə Azərbaycan Hərbi Prokurorluq orqanlarında 16 işçi intizam məsuliyyətinə cəlb edilib

2010-cu ildə Azərbaycan Hərbi Prokurorluq orqanlarında 16 işçi intizam məsuliyyətinə cəlb edilib
# 27 yanvar 2011 15:53 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. 2010-cu ildə Azərbaycan Hərbi Prokurorlu orqanlarında 16 işçi intizam məsuliyyətinə cəlb edilib. APA-nın məlumatına görə, bu barədə Respublika Hərbi Prokurorluğunda bu keçirilən kollegiya iclasında bildirilib. Məlumata görə, Respublikası baş prokurorunun və respublika hərbi prokurorunun müvafiq əmrləri ilə 37 işçi vəzifədə irəli çəkilib, xidməti fəaliyyətlərində fərqlənmiş 111 əməkdaş həvəsləndirilib, 32 işçi müxtəlif medallarla təltif edilib, 10 işçiyə xüsusi rütbə, 77 əməkdaşa isə hərbi rütbələr verilib. Respublika Hərbi prokurorunun müvafiq əmrləri ilə 16 işçi intizam məsuliyyətinə cəlb olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR